AZ

Trampdan İran-İsrail müharibəsi ilə bağlı QƏRİBƏ AÇIQLAMA: "O əhvalda deyiləm..."

G7 sammitini erkən tərk edən ABŞ prezidenti Donald Tramp Vaşinqtona qayıdıb.

Musavat.com xəbər verir ki, “Air Force One” telekanalında jurnalistlərə açıqlama verən Tramp İranla nüvə müzakirələri ilə bağlı: “Mən danışıqlar əhvalında deyiləm” - deyib.

ABŞ-ın İranın nüvə obyektlərinə İsrailin hücumlarına qoşulub-qoşulmayacağı ilə bağlı suala isə o belə cavab verib: “Ümid edirəm ki, onların daha tez təmizlənəcək”.

Bundan başqa, Tramp “atəşkəs istədiyini demədiyini” bildirib və ABŞ-ın vitse-prezidenti JD Vance və ya Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun İranla danışıqlara qatılmasının vəziyyətdən asılı olduğunu vurğulayıb.

İranın nüvə silahı əldə etməyə çox yaxınlaşdığını iddia edən Tramp deyib ki, İsrail İrana hücumlarını davam etdirəcək.

 

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr