AZ

İsrail İranın hücumları nəticəsində dəymiş ziyana görə 19 minə yaxın iddia qaldırıb

İranın raket zərbələrinə görə İsrailə dəyən maddi ziyanın ödənilməsi ilə bağlı 19 minə yaxın iddia irəli sürülüb.

Operativ Media xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelmanın dərc etdiyi hesabatda məlumat yer alıb.

“Maddi ziyan: Vergilər idarəsinə dəymiş ziyanın ödənilməsi ilə bağlı 18 766 müraciət edilib”, mətndə deyilir.

Bunlardan 15 861 iddia binalara dəymiş ziyana görə, 1 272 iddia nəqliyyat vasitələrinə dəymiş ziyana görə, 1 633 iddia isə əmlakla bağlı digər itkilərə görə verilib.

Seçilən
1
operativmedia.az

1Mənbələr