ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"İsrailin Hərbi Hava Qüvvələri bu gün Tehranda çox əhəmiyyətli hədəflərə - strateji obyektlərə və infrastruktura zərbələr endirəcək".
Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin mərkəzi hissəsində ballistik raketin düşdüyü yerdə jurnalistlərə açıqlama verən müdafiə naziri İsrael Katz bildirib.
Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu (SAXAL) gözlənilən zərbə bölgələri yaxınlığında əvvəlcədən mülki şəxslərə təxliyə xəbərdarlığı edəcək.
Kats xüsusi olaraq vurğulayıb ki, Fordodakı yeraltı nüvə obyekti məsələsinə mütləq nəzər salınacaq. O, həmçinin qeyd edib ki, İranın paytaxtında 10-dan çox nüvə hədəfi var və onlar İsrailin hava qüvvələri sayəsində məhv ediləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.