AZ

Ümumibəşəri dəyərləri özününküləşdirmə cəhdi... Vahid TAĞIYEV YAZIR

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

 Vahid Tağıyev

***

BMT çoxdandır ki, beynəlxalq hüququn, dünyada sülhün və ədalətin bərqərar olması kimi missiyanı yerinə yetirə bilmir. Dünya Putin, Tramp və s. kimi hərdəmxəyalın əlində əsir qalır. 

Nə qədər ki, beynəlxalq hüquq işləməyəcək, güvənilən bir intizam formalaşmayacaq xaos da hökm sürəcəkdir. Dünya ayrı- ayrı fərdlərin, xüsusilə məsuliyyətsiz kicbəsərlərin ambitisiyası, diktəsi ilə idarə edilməməlidir. Ümumi bəşəri dəyərləri özünküləşdirməyə heç kimin ixtiyarı yoxdur.

Bu, yalnız fəlakət olar, necə ki, bunlar baş verir.

Daimi sabitlik üçün şəxsi maraq, mənafeləri deyil, ümumi bəşəri dəyərləri, sülhü, hüquq və ədaləti hər şeydən üstün tutan yeni formatda beynəlxalq struktur yaranmalıdır. Bu zamanın tələbidir və qaçılmaz bir reallıqdır ki, yaxın illərdə, hazırkı nisbətən dinclik şəraitində yaranmasa, üçüncü dünya müharibəsi kimi daha böyük fəlakətlərdən - dünyada qüvvələr balansının yenidən formalaşmasından sonraya qalması ehtimalına aparıb çıxara bilər... Axı, dünya özlərini təlxək kimi aparanların idarə ediləcəyi qədər kiçik deyildir.

Bu gün çox qürurlu, inamlı, şanslı və şüküranlıyıq ki, müstəqil, güclü Azərbaycan dövlətimiz və dünya səviyyəli siyasi lider olan Prezidentimiz var!

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
mia.az

2Mənbələr