Bakı. Trend:
Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında daşınmışyüklərin həcmi 3,746 milyon ton təşkil edib.
Bu barədə TrendDövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünənisbətən 12,2 faiz artıb.
Qeyd edilib ki, yüklərin 47 faizini neft yükləri təşkil edib.Dəniz limanları tərəfindən 5,704 milyon ton həcmindəyükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4,663 milyontonunu və ya 81,8 faizini tranzit yüklər təşkil edib.
2025-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərinhəcmi 220,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilədaşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən4,6 faiz azalaraq 10,4 min nəfər olub.