Ali Rada Ruslan Kravçenkonun Ukraynanın baş prokuroru vəzifəsinə təyin edilməsi təklifini dəstəkləyib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat dərc edib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonun baş prokuror vəzifəsinə təyin edilməsi təklifini Ali Radaya təqdim edib. Daha sonra parlament 35 yaşlı Ruslan Kravçenkonu baş prokuror təyin edib.