Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda xam neft və təbii qazhasilatının dəyəri 14,854 milyard manat olub.
Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 917,9 milyon manat vəya 5,8% azdır.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda xam neft və təbiiqaz hasilatının dəyəri 15,772 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesindəistehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla, əvvəlki ilinmüvafiq dövrünə nisbətən 2,4 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 11,4 milyonton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kubmetr təşkiledib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faizartıb.