AZ

İsrail qırıcıları Türkiyə hava məkanını pozdu - F-16-lar havaya qaldırıldı

İyunun 13-də, İrana qarşı edilən hücumların ilk gecəsində İsrail qırıcıları Türkiyənin hava məkanını pozub.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" qəzetinin əməkdaşı Hande Fırat yayıb.

O bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrinin hava məkanını pozduğunu dərhal aşkar edərək, bir neçə F-16 qırıcısını havaya qaldırıb.

Türkiyə tərəfi İsrail pilotlarına hava məkanını dərhal tərk etmələri barədə xəbərdarlıq edib və İsrail qırıcıları qısa müddət ərzində Türkiyə ərazisini tərk ediblər.

Kənan
Milli.Az

Seçilən
4
milli.az

1Mənbələr