ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çox sayda vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə məhkəmə araşdırması yenidən başlayıb.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə yeni tərkibdə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Prokuror təqsirləndirilən şəxsə ittiham aktını yenidən elan edib.
Xatırladaq ki, cinayət işi daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində digər tərkibin istirakı ilə araşdırılıb.
İttihamda qeyd olunub ki, Vüsal Bağırov özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək Bakının müxtəlif ərazilərində mənzillərini təmir etdirmək istəyən şəxslərin külli miqdarda pulunu alaraq mənimsəməkdə təqsirləndirilir.
Cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında vəzifəli şəxslər, professor və tanınmış simaların də olduğu bildirilir. Zərərçəkənlərdən mənimsənilən ümümi məbləğin 500 min manata bərabər olduğu bildirilir.
Vüsal Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.