AZ

Azərbaycan avtomobil istehsalını 48%-ə yaxın artırıb

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycanda 2 052 ədəd minikavtomobili istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 663ədəd və ya 47,7% çoxdur.

Belə ki, ötən ilin bəhs olunan dövründə ölkədə 1 389 ədəd minikavtomobilləri istehsal edilmişdi.

Eyni zamanda, hesabat dövründə ölkədə 44 ədəd yük avtomobiliistehsal edilib ki, bu da 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 210ədəd və yaxud 5,8 dəfə azdır.

Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu vəyarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-mayaylarında 246,9 milyon manatlıq məhsul istehsal edilib, əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı7,7 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə13 faiz azalıb.

Seçilən
11
az.trend.az

1Mənbələr