Peskov Azərbaycana təşəkkür etdi
İrandan rusların təxliyyəsi Azərbaycan vasitəsilə həyata keçirilir, Moskva əlverişli şərait yaratdığına görə Bakıya minnətdardır.BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Azərbaycanlı dostlarımız da ən əlverişli şəraiti yaradır, buna görə biz onlara çox minnətdarıq”, - o bildirib.