AZ

“Sabit tarif” modeli istehza doğurur “Qatıq yox, balon üçün də pul verin”

ain.az bildirir, Sherg.az portalına istinadən.

İqtisadçı Pərviz Heydərov: “Dövlət hər şeyi idarə etməklə həm gecikir, həm zərərə uğrayır”

Sabit tarif nədir, necə oalcaq, istehlakçı, yəni sadə vətəndaşın üzərinə nə düşəcək, həqqətənmi əhali – abonent istifadə etmədiyi elektirk enerji və təbii qaza görə hə ya konkret ödəniş etməli olacaq? Suallar çoxdur. Dəqiq izahı isə hələ verilməyib. Hələ də qaranlıq məqamlar var və bunlara aydınlıq gətirən də yoxdur. Bilinən budur ki, Milli Məclisdə müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı millət vəklləri arasında fikir ayrılığı yaranıb. Qanun layihəsinə görə, təbii qaz və elektrik enerjısi sahəsində tariflərin tənzimlənməsi mexanizmi dəyişir. 

Sənədə əsasən 2028-ci il iyulun 1-dən etibarən qaz təchizatı üzrə tənzimlənən qiymətlər(tarif) müvafiq tənzimləyici orqan tərəfndən müəyyən ediləcək. Həmçinin, elektrik enerjisi sahəsində də sabit aylıq tarifin titbiqi nəzərdə tutulur. Bu da “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əskini tapıb. Layihəyə əsasən sabit tarif – elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayaraq sabit xarakterli xərclərin qarşılanmasına yönəlmiş və tənzimləyici tərəfindən müəyyən edilmiş məbləğ olacaq. Bu tarif hər bir istehlakçıya  aylıq əsasında tətbiq ediləcək? Bəs deputatlar arasında fikir ayrılığına səbəb olan nədir? Baxaq.      

Deputat Aydın Hüseynov deyib ki, əhalinin artan gəlirlərini də nəzərə almaq lazımdır. Məhz bu səbəbdən qərar tam doğrudur və mövcud reallığı əks etdirir:

 “Əgər biz xarici ölkələrin də praktikasına əsaslansaq, artıq bu təcrübənin illərdir, davam etdiyini görmüş olarıq. Hazırda məsələ üzərində iş getdiyindən bir qədər səbirli olmalıyıq. Çünki qərarın əsl məqsədi sabit tarifin tətbiqi ilə sosial ədalətsizliyi artırmaq və dövlətə olan inamı azaltmaq deyil. Buna görə alternativ yanaşmalar və təkliflər irəli sürülə bilər. Məsələn, boş evlər üçün minimal tarif, yaşayışın sübutu ilə güzəştlər, sosial qruplara güzəştlər və s.”. Deputat Əli Məsimli isə qeyd edib ki, hansı ölkələrdə istilik, qazla bağlı bu dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq: “Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazları var istifadə edə bilməyib qazı bağlayırlar, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?! Burda heç bir məntiq görmürəm”.

Belə bir müəmmalı vəziyyət yaranıb. Vətəndaş hətta istifadə etmədiyi halda da təbii qaz və işığa görə hər ay müəyyən məbləğ ödəməli olacaqmı?  Yəni, ödənişlər elektrik enerjisi və təbii qazın faktiki sərfiyyatına görə deyil, aylıq ödəniş formasında olacaqmı? Bu, internet məsələsinə oxşayır. İnternet xətti çəkən bildirir ki, sizə xətt çəkmişik, istifadə etsən də, etməsən də, pulunu verməlisən. Yəni, xəttin çəkilməsinə görə abonentdən ödəniş alır. Belə çıxır ki, abonentlərin istər internet, istərsə elektirk enerjisi və təbii qazdan istifadəyə görə etdikləri ödəniş istehsal xərclərini və yaxud paylayıcı şirkətin xərclərini qarşılamır. Niyə?   

İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:  

- Sabit tarif, xidmətə çıxış ödənişi və yaxud xidmət haqqı deməkdir. Yəni, istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak edə biləcəyi elektrik enerjisi, qaz kimi kommunal xidmətlərə görə müvafiq ödəniş elementidir. Başqa sözlə desəm, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir. Sözügedən tarif növünün ən sadə izahı bundan ibarətdir. Bəli, xarici praktikada belə bir tarif elementi mövcuddur. Lakin, həmin ölkələrdə əvvəla, kommunal və enerji daşıyıcıları üzrə xidmət səviyyəsi və keyfiyyəti də bizdə kimi deyil. İkincisi və ən əsası isə o ölkələrdə, bu sahədə infrastruktur bizdəki qədər dövlət nəzarətində deyil.

P.Heydərov qeyd etdi ki, kommunal xidmət sektoruna investisiya lazımdır. Bundan ötrü isə kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı və idarəetmə təkmilləşdirilməli - xərclər dəqiqləşdirilməli və azaldılmalıdır: 

- Bunun üçün də bəzi infrastruktur sahələr özəlləşdirməli, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Başqa sözlə desəm, dövlət və hökumət qeyd olunan sahələri idarə etməkdən əl çəkməlidir. Yaxasını qurtarmalıdır. Bu edilmədən, hər şey dövlətin əlində olduğu halda, məsələn, qaz və işıq təchizatı sahəsində sabit tarif siyasətinin tətbiqi heç bir effekt verə bilməz. Bundan əlavə, sözügedən tarif növü hansı mexanizm əsasında tətbiq olunacaq?! Yəni məsələn, eyni istehlakçının kommunal və ümumiyyətlə enerji daşıyıcılarından istifadə xidmətinə çıxış imkanlarının əhatə dairəsi dəqiq olaraq necə müəyyən ediləcək?! Bu da məlum deyil. Odur ki,, sabit tarifin tətbiqi ölkəmizdə real şəraitdə dövlətin öz yükünün bir hissəsini vətəndaşların üzərinə transfer etməsi nəticəsi daşıyacaq. 

Xatırladaq ki, 1990-cı llərin ortalarında ölkədə elektrik şəbəkələrinin idarə edilməsi Türkiyə vətəndaşı Hüseyn Arabula tapşırıldı, “Barmek Azərbaycan” şirkəti 

yaradıldı. İlk illər şirkətin fəaliyyəti müsbət oldu, abonent sistemi, ödənişlərin toplanması sahəsində irəliləyiş əldə edildi. Sonra nə baş verdisə, şirkət müflis oldu, hüseyn Arabul da ölkədən qaçdı.   

İqtisadçı Pərviz Heydərov  bildirdi ki, özəlləşdirmə paylayıcı şəbəkələr üzrə həyata keçirilməlidir. Özü də tenderlər əsasında: 

- O vaxtı adını çəkdiyiniz şirkətlə bərabər bir sıra Avropa ölkələrinə də aid, məsələn, "Siemens" şirkəti də iddialı idi, lakin onlara idarəetmə hüququ verilmədi ki, tariflər qalxacaq filan... Belə olmur. Bizdə hər şey dövlətin əlindədir. Enerjinin əldə olunması da, paylanması da, təchizatı da... Ona görə də dövlət zaman keçdikcə çiynindəki yükü daşıya bilmir və sabit tarif kimi üsulların tədbiqinə əl atılmaqla infrastruktur xərclərin bir hissəsini əhali ilə bölüşmək istəyi çıxış yolu anlamına gəlir. Bu, bilirsiz nəyə bənzəyir? Gedirsiz mağazaya 1 balon qatıq alasınız. Qatıq satan deyir ki, qatığın qiyməti tutaq ki, 3 manatdır, - 2 manat da ver ki, mən bu qatığı sizə balonda verirəm, istəmirsənsə get, evdən özünlə balon gətir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
sherg.az

2Mənbələr