AZ

Türk şirkətinin Azərbaycandakı fililalı xaricə 167 min dollar köçürüb - Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb etdi

Mərkəzi Bank “Etay Group İc və Dış Ticaret Limited Şirkəti”nin Azərbaycandakı filalını inzibati məsuliyyətə cəlb edib.

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.

İş materiallarından məlum olur ki, “Etay Group İc və Dış Ticaret Limited Şirkəti”nin Azərbaycandakı filialı 167 750 dolları xaricə köçürüb. İki il ötməsinə baxmayaraq şirkət bu vəsait hesabına alınana malları ölkəyə idxal etməyib.

İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Lakin hakim Günel Məmmədova işi baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. İittiham təsdiqini taparsa şirkət xaricə köçürdüyü vəsaitin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Hüseyn

Seçilən
9
valyuta.az

1Mənbələr