Bakı. Trend:
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakıəmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10faiz artaraq 2025-ci il may ayının 1-nə milli valyutaekvivalentində 14853,0 milyon manat təşkil edib.
Trend xəbərverir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ciilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafınınmakroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.
Məlumata görə, əmanətlərin 66,8 faizi milli, 33,2 faizi xaricivalyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləğiəvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz, milli valyutadaolan əmanətlərin məbləği isə 11,8 faiz artıb.
May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə ortaməzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,92 (1,84)manata, 100 Türk lirəsinə 4,38 (4,59) manata, 100 Rus rubluna 2,11(1,93) manata bərabər olub.