
Radikal Fələstin hərəkatı HƏMAS, Rusiyaya müraciət edərək İsrailin Qəzza sakinlərinə humanitar yardımın çatdırılması zamanı beynəlxalq hüquqa əməl etməyə məcbur edilməsini istəyib. Bu barədə HƏMAS-ın siyasi bürosu sədrinin müavini Musa Əbu Mərzuk RİA Novosti-yə müsahibəsində bildirib.Mərzukun sözlərinə görə, İsrail ərzaq və yardım məsələsini Qəzzada silaha çevirərək beynəlxalq hüququ pozur.O əlavə edib:“Bizim Rusiyaya müraciət etməyimiz təbiidir. O, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və qlobal güc kimi İsraili beynəlxalq hüquqa əməl etməyə məcbur edə bilər.”Ulusum.az
Diqqət Çəkənlər
Minlərlə qadın qumarın girdabında: “Hər şeyimi itirdim…” - VİDEO
“Aclıq silaha çevrilir, Yaxın Şərq yanır” – Sandersdən həyəcan təbili
İran Mossadın binasını raketlə vurub - VİDEO