AZ

MAQATE-də İranın əleyhinə səs vermədik - Pakistan

BAKI, TurkicWorld

İsrailin İrana hücumlarından əvvəl bəzi ölkələr Pakistandan MAQATE-də İranın nüvə proqramı ilə bağlı təqdim edilən qətnamənin lehinə səs verməsini istəyib.

TurkicWorld xəbər verir ki, Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar bəyan edib ki, İsrailin İrana hücumlarından əvvəl bəzi ölkələr Pakistandan MAQATE-də İranın nüvə proqramı ilə bağlı təqdim edilən qətnamənin lehinə səs verməsini istəyib.

İshaq Dar bu açıqlamanı İsrail və İran arasında başlayan qarşıdurmadan sonra “Geo News” telekanalına müsahibəsində verib. Onun sözlərinə görə, 12 iyun tarixində keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Direktorlar Şurasının iclasında bəzi ölkələr Pakistanla əlaqə saxlayaraq İran əleyhinə mövqe nümayiş etdirməyə çağırıblar. Lakin rəsmi İslamabad bu çağırışlara müsbət cavab verməyib və İranın əleyhinə səs verməkdən imtina edib.

Qeyd edək ki, MAQATE-nin qəbul etdiyi qətnamədə İranın nüvə materiallarının bəyan edilməsi və əməkdaşlıq öhdəliklərini yetərincə yerinə yetirmədiyi tənqid olunub.

İsrailin növbəti gün – iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə və hərbi rəhbərliyə qarşı başlatdığı genişmiqyaslı hücum nəticəsində yüksək rütbəli komandirlər, 9 nüvə alimi və 224 mülki şəxs həyatını itirib. İran isə cavab olaraq İsrailə ballistik raketlərlə zərbələr endirib, nəticədə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Seçilən
2
turkic.world

1Mənbələr