Xankəndi. Trend:
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindəməsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmışƏlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəfəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardantəmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərindəkeçirilib.
Trendxəbər verir ki, Xankəndi şəhərinə səfər çərçivəsində, AzərbaycanRespublikası Minatəmizləmə Agentliyi və İşçi qrupda təmsil olunanmüvafiq dövlət qurumlarının nümayəndələri ANAMA tərəfindən Ağdamrayonunun Sarıcalı kəndi ərazisində və AR Fövqəladə HallarNazirliyi tərəfindən rayonun Əlimədətli kəndində icra edilənhumanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar. İşçi qrupüzvləri həyata keçirilən layihələrin gedişatını, o cümlədən, aşkarolunan mina və partlamamış hərbi sursatların partlayış yolu iləzərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Daha sonra İşçi qrupun Xankəndi şəhərində geniş tərkibdə iclasıkeçirilib.
Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri VüqarSüleymanov iclasda çıxış edərək illik tədbirlər planına əsasənhəyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatıbarədə məlumat verib. O bildirib ki, minatəmizləmə əməliyyatlarıBöyük Qayıdış proqramının əsas tərkib hissələrindən biridir və bufəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm dəsosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçünilkin şərtdir.
İdarə Heyətinin sədri qeyd edib ki, minatəmizləmə fəaliyyətinəcəlb olunan qurumlar tərəfindən 2025-ci il ərzində yaşayışinfrastrukturu üzrə 8 318 hektar, kənd təsərrüfatı üzrə 9 176hektar, ekoloji qiymətləndirmə üzrə 1 951 hektar, nəqliyyatinfrastrukturu üzrə 708 hektar, meliorasiya və su təsərrüfatı üzrə628 hektar və digər prioritet layihələr daxil olmaqla cari ilərzində 27 204 hektar ərazi mina və müharibənin digər partlayıcıqalıqlarından təmizlənib.
İclasda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsinin müavini Səbuhi Qəhrəmanov ölkə rəhbərinin azadedilmiş ərazilərin yenidən qurulması, Böyük Qayıdış proqramınınuğurlu icrası, təhlükəsiz və dayanıqlı məskunlaşmanın təminolunması istiqamətindəki tapşırıqlarına uyğun olaraq aparılan mühümişlər və gələcək layihələr barədə məlumat verib.
İclasda bərpa-quruculuq layihələri ilə əlaqəli şəkildə icraedilən humanitar minatəmizləmə fəaliyyəti istiqamətində layihələrinicrası və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Həmçinin, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinəcəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrəhesabatlar dinlənilib, əməliyyatlara cəlb olunmuş texnika vəavadanlıqlar barədə məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərə çox sayda keçmiş məcburiköçkünlərin geri qayıdışını, habelə turist səfərlərinin artımınınəzərə alaraq aidiyyəti qurumlarla birgə mina təhlükəsinə dairmaarifləndirmə fəaliyyətinin, müştərək təbliğat-təşviqat işləriningenişləndirilməsi, mümkün layihələrin icrası istiqamətində fikirmübadiləsi aparılıb, təkliflər irəli sürülüb.