İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirakı çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşüb.
Nazirin sosial şəbəkə hesablarında paylaşımında verdiyi məlumata görə, görüşdə qurumun ölkəmizdə həyata keçirdiyi infrastruktur layihələrinin önəmi qeyd edilib. Həmçinin sənaye, yaşıl enerji, rəqəmsal infrastruktur, nəqliyyat, logistika və digər sahələrdə investisiya tərəfdaşlığı perspektivləri dəyərləndirilib.