AZ

Rusiya: İsrail vasitəçiliyə maraq göstərmir – ÖZƏL

Rusiya hazırda İsrailin İranla münaqişənin həlli üçün vasitəçilərə müraciət etməyə və ya ümumiyyətlə sülh yoluna çıxmağa maraqlı olmadığını müşahidə edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyun tarixində keçirdiyi brifinqdə bildirib.

"Prezident Vladimir Putin də daxil olmaqla Rusiya tərəfi dəfələrlə bəyan edib ki, zərurət yaranarsa, vasitəçilik etməyə hazırdır. Lakin bu mərhələdə İsrailin hər hansı vasitəçiliyə və ya sülh yoluna çıxmağa istək göstərmədiyini görürük", - deyə Peskov qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə mətbuat konfransında bildirib ki, ölkəsi İranın nüvə proqramı ilə bağlı problemi diplomatik yolla həll etmək imkanı verib, lakin indi hərbi yolla nəticə əldə etməkdə qərarlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr