AZ

“ABŞ “Dəmir qübbə”nin effektivliyini yoxlamaq üçün İsraili poliqona çevirdi...”

“İsrailin İrana təcavüzünün bir səbəbi də İranın həqiqi silahlarının ortaya çıxarılması ilə bağlıdır...”
 
“İsrail-İran savaşı Ukraynadakı proseslərə çox pozitiv  təsir göstərəcək. İran İsrailə sinə gərsə,  deməli, bu ölkənin silahının gücü NATO silahlarına qalib gələcək. Rusiyanın “Fındıqcığ”ının(“Oreşnik”) qarşısı alınmadığı kimi İranın atdığı hiper-səs raketinin də qarşısının alınmamasının İsrail –İran arasında gedən qısamüddətli döyüşdə hər şeyi dəyişəcəyi göz qabağındadır. ABŞ-ı Ukraynada geri çəkilməyə vadar edən ”Fındıqcığ”ın” İranda da olacağını ABŞ gözləmirdi. İsrailin İrana təcavüzünün bir səbəbi də İranın həqiqi silahlarının ortaya çıxarılması ilə bağlıdır. İsrail yaranandan bu günə qədər bu ölkənin müharibə edən illərdə onun  başına bir dənə də olsun, ballistik raket düşməmişdi. Onun yaratdığı  “Dəmir qübbə”, demək olur ki, bütün raketlərdən ölkəni qoruyurdu, bir raket  İsrailin üstünə düşə bilmirdi. Bu qısamüddətli müharibədə “Dəmir qübbə”nin də yoxlanılması ABŞ üçün vacib məsələlərdən biridir ABŞ “Dəmir qübbə” sisteminin effektivliyini yoxlamaq üçün İsraili poliqona çevirib”.
Bu fikirləri Moderator.az-a açıqlamasında  “Sizcə, İsrail-İran savaşı Ukraynadakı proseslərə necə təsir göstərəcək?” sualını cavablandıran siyasi analitik Tahir Cəfərli ifadə edib.
 
“İranın hiper-səs raketi ABŞ-ın ümid etdiyi “Dəmir qübbə”ni darmadağın etdi.  Əlbəttə ki, ABŞ indi məcbur olub, bu qısamüddətli  müharibəni də dayandıracaq və İranla danışıqlara gedəcək. Əks halda 3-cü dünya müharibəsi başlaya bilər...  ABŞ-a atılacaq hiper-səs raketlərin qarşısını almaq üçün bu ölkənin heç bir silahı yoxdur və bu, ABŞ-ın məğlubiyyəti ilə nəticələnə bilər. ABŞ-Rusiya Ukrayna danışıqlarının əsas məğzi elə bundadır. ABŞ Ukraynaya görə darmadağın olmaq istəmir. Qısamüddətli İsrail-İran müharibəsi ABŞ tərəfindən İsrailin “Dəmir dəbilqə” sistemini yoxlamaq üçün ortaya atdığı çox ciddi  geo-siyasi oyundur. Əgər İsrail bu “qübbə” vasitəsi ilə İran raketlərinin qabağını alsaydı, ABŞ günü-gündən güclənən hərbi sənaye kompleksləri vasitəsi ilə bu “Dəmir qübbə”ləri ABŞ-da yaradacaqdı və Rusiyaya qarşı duracaqdı. İndi ABŞ-ın bu raketlərə qarşı durmağa heç bir əksetdirici sistemləri yoxdur. Ona görə Tramp geri çəkiləcək və Rusiyanın Ukrayna ilə bağlı bütün tələblərini yerinə yetirəcək... Bunu görən  Rusiya dünən Ukrayna ilə sülh sazişinə NATO-dan alınan bütün silahların məhv edilməsi tələbini qoyub. Nəyə görə? Rusiya İranın “findiqcıq”larının nəyə qadir olduqlarını görür. İsrailin İrana qarşı apardığı müharibə genişmiqyaslı hərbi poliqondur və bu poliqonda ABŞ uduzur. Lap qısa müddət ərsində hər iki müharibə dayanacaq. Ancaq yüzlərlə insanların qanına bais olacaq. İranın əhalisinin çoxunun azərbaycanlılar olduğunu nəzərə alıb, deyirəm, bu müharibələrə bais olanlar lənətə gələsiniz!”, -deyə davamında T.Cəfərli bildirib.
  
 
 
Seçilən
3
moderator.az

1Mənbələr