AZ

Neft tankerləri toqquşdu

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Oman körfəzində iki neft tankerinin toqquşduğunu və 24 nəfərin təxliyə edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, BƏƏ Milli Qvardiyası Oman körfəzində başqa bir neft tankeri ilə toqquşmuş “Adalynn” adlı neft tankerindən 24 nəfərin təxliyə edildiyini açıqlayıb.

Açıqlamada digər neft tankerinin növü və vəziyyəti barədə məlumat verilməyib.

Bildirilib ki, təxliyə edilən insanlar BƏƏ-nin Şarja Əmirliyinin nəhəng neft tankerlərinin yerləşdiyi Xorfakkan limanına köçürülüb.

Məlumatda insidentlə bağlı əlavə təfərrüatlar verilməyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr