AZ

İran: İsrailə aid dördüncü F-35 qırıcısı vurulub - FOTO

İran İsrailə aid 4-cü F-35 qırıcısını vurub.

Ölkə.Az "Tehran Times"a istinadla xəbər verir ki, Şərqi Azərbaycan vilayəti qubernatorunun müavini İsrailə məxsus F-35 qırıcısının Təbriz səmasında vurulduğunu açıqlayıb.

Pilotun taleyi məlum deyil.

F-35 gizli qırıcılarını istehsal edən Amerikalı müdafiə podratçısı “Lockheed Martin” hərbi əməliyyatların başlanmasından bəri İranın dörd F-35 təyyarəsini vurması ilə bağlı xəbərlərdən sonra onun səhmlərinin dəyərində kəskin azalma müşahidə edib.

Mənbələr bildirirlər ki, son vurulan təyyarənin qalıqları çıxarılır və əlavə analiz üçün təhlükəsiz yerlərə köçürülür.

Billurə Yunus

Seçilən
5
3
olke.az

4Mənbələr