AZ

Minatəmizləmə Agentliyi bu il işğaldan azad vedilmiş ərazilərdə görülən işləri açıqlayıb

Bakı.Trend:

Minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən2025-ci il ərzində yaşayış infrastrukturu üzrə 8 318 hektar, kəndtəsərrüfatı üzrə 9 176 hektar, mina və müharibənin digər partlayıcıqalıqlarından təmizlənib.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının MinatəmizləməAgentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar SüleymanovXankəndində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzininnəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbisursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclasındadeyib.

O bildirib ki, ekoloji qiymətləndirmə üzrə 1 951 hektar,nəqliyyat infrastrukturu üzrə 708 hektar, meliorasiya və sutəsərrüfatı üzrə 628 hektar və digər prioritet layihələr daxilolmaqla cari il ərzində 27 204 hektar ərazi mina və müharibənindigər partlayıcı qalıqlarından təmizlənib.

Qeyd edək ki, azad olunan ərazilərdə iyunun 10-dan 16-dək 29tank əleyhinə, 131 piyada əleyhinə mina, 528 partlamamış hərbisursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib, 1258.7 hektar ərazimina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Seçilən
2
1
az.trend.az

2Mənbələr