Müğənni Vəfa Şərifova həmkarı Aysel Manaflının onunla bağlı ittihamlarına səssiz qalıb.
Bizim.Media haqqında yayılan iddiaya cavab almaq üçün Vəfa Şərifova ilə əlaqə saxlayıb.
Telefona cavab verən ifaçının köməkçisi Vəfanın bu haqda danışmaq istəmədiyini bildirib:
“Bu barədə danışmır. Ümumiyyətlə cavab vermir. İş nə polisdə, nə də məhkəmədədir, heç yerdə deyil. Mən bu barədə heç nə bilmirəm”.
Qeyd edək ki, Aysel Manaflı yayımladığı video ilə Vəfanı polisə şikayət etdiyini, buna səbəbin isə onu açıq-saçıq görüntüləri ilə şantaj etməsi olduğunu açıqlayıb. İfaçının sözlərinə görə, Vəfanın övladlarının atası Famil Xəlilov da onu şantaj edib.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta