AZ

“Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir”

“Rusiya İstanbulda Ukrayna ilə aparılan danışıqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, razılaşmaların icrası üçün ciddi səylər göstərilib:

“Rusiya İstanbulda verdiyi vədləri yerinə yetirib”, – deyə Peskov qeyd edib.

Qeyd edək ki, İstanbulda keçirilən iki raund danışıqların nəticəsində tərəflər əsir mübadiləsi barədə razılığa gəlib. Əməliyyatlar çərçivəsində iyunun 9, 10, 12 və 14-də Rusiya və Ukrayna dörd qrup hərbçini qarşılıqlı şəkildə geri qaytarıblar.

Bundan əlavə, Rusiya 6060 Ukrayna hərbçisinin cəsədini Kiyevə təhvil verib, əvəzində isə 78 rus əsgərinin cəsədini qəbul edib.

Seçilən
4
2
qafqazinfo.az

3Mənbələr