AZ

Filippo İnzaqi yenidən İtaliya B Seriyasında işləyəcək

İtaliyanın “Milan” komandasının sabiq baş məşqçisi Filippo İnzaqinin yeni iş yeri bəlli olub.

"Unikal" xəbər verir ki, 51 yaşlı mütəxəssis B Seriyasında mübarizə aparan “Palermo”ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

F.İnzaqi ötən mövsüm “Piza” komandasını 34 ildən sonra A Seriyasına çıxarıb.

Qeyd edək ki, o, 2014-2015-ci illərdə “Milan”a rəhbərlik edib.

Seçilən
1
1
unikal.az

2Mənbələr