AZ

Mesut Özildən Türkiyə PLANI

Sabiq futbolçu Mesut Özil Türkiyədə futbol akademiyası yaradacağını açıqlayıb.

İdman.biz xəbər verir ki, Türkiyə əsilli almaniyalı ulduz bunu jurnalistlərə danışarkən bildirib.

Özil qısa zaman ərzində Ümraniyədə yeni futbol akademiyası qurmaq istədiyini, gənclərin əlindən tutub onların özlərini Avropanın ən böyük səhnələrində göstərmələri üçün çalışdığını vurğulayıb.

Qeyd edək ki, Mesut futbolçu karyerası ərzində "Şalke", "Real Madrid", "Arsenal", "Fənərbaxça", "Başakşehir" kimi klubların formasını geyinib.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr