İran Tel-Əvivin mərkəzində İsrailin gizli təhlükəsizlik mərkəzlərinə zərbələr endirib.
Ölkə.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi bildirib.
İsrail isə artıq davamlı olaraq Tehranı atəşə tutur.
Bunun nəticəsi olaraq, şəhərdə içməli su qıtlığının yarandığı deyilir. Şəhərə su çənlərlə verilir. "İran İnternational" yazır ki, çatışmazlıq bir neçə gündür hiss olunur.
“Üç günlük su qıtlığından sonra yerli hökumət yük maşını ilə çənlər gətirdi”, - sakinlərdən biri deyir.