AZ

İran G7-ni birtərəfli ritorikadan əl çəkməyə çağırdı

İsrailin təhlükəsizliyinə dəstək bəyanatından sonra İran G7-ni “birtərəfli” ritorikadan əl çəkməyə çağırır.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

"Böyük yeddilik liderlərinin bəyanatı İsrailin İrana qarşı açıq-aşkar təcavüzünü və bizim dinc nüvə infrastrukturumuza qeyri-qanuni hücumlarını, habelə yaşayış məntəqələrinə ayrıseçkilik etmədən hücumları və vətəndaşlarımızın öldürülməsini açıq şəkildə görməzlikdən gəlir. İsrail İrana qarşı müharibə aparıb və İranın nüvə obyektlərinə hücum edib. “Böyük yeddilik” birtərəfli ritorikasından əl çəkməli və eskalasiyanın əsl mənbəyinə – İsrailə müraciət etməlidir”, – Baqai "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırlatma üçün deyək ki, bundan əvvəl G7 ölkələri İranla münaqişənin kəskinləşməsi fonunda birgə bəyanatda İsrailin təhlükəsizliyinə dəstək ifadə edib və Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyinə işarə ediblər.

Seçilən
3
publika.az

1Mənbələr