AZ

Mərkəzi Neftçilər Xəstəxanasının 176 minlik tenderi baş tutmadı

ain.az, Pravda.az saytına istinadən bildirir.

“Mərkəzi Neftçilər Xəstəxanası” publik hüquqi şəxsin döşəmə üzlüklərinin (linoleum) alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Tenderin dəyəri 176 342 AZN olub.

Cabir

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
4
pravda.az

5Mənbələr