Bakı. Trend:
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM)təşkilatçılığı ilə azərbaycandilli məktəblərin şagirdləri arasındailk dəfə Azərbaycan dili üzrə I Regional Olimpiada baş tutub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.
Bildirilib ki, Olimpiadaya Tbilisi, Qardabani, Dmanisi, Bolnisi,Marneuli və Kaxeti bölgələrindəki 116 azərbaycandilli məktəbdən300-dən çox şagird qatılıb.
Şagirdlərin mükafatlandırılması mərasimində GAİM-icraçıdirektoru Murad Muradov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbəmüdiri Cahid Kazımov, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsuləməkdaşı Cavid Məhərrəmov və başqaları çıxış edərək olimpiadanıntəşkilini yüksək qiymətləndiriblər. Bu cür tədbirlərin Gürcüstandayaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilindətəhsilin təşviqinə və ictimai inteqrasiyanın gücləndirilməsinəxidmət etdiyini bildiriblər.
GAİM-in icraçı direktoru Murad Muradov olimpiadanın əsasməqsədinin ana dilimizin təbliği, daha dərindən öyrənilməsi, eləcədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması olduğunusöyləyib. Murad Muradov belə tədbirlərin davamlı keçiriləcəyinideyib.
Tədbirin təşkilatçılarından olan “Maarif” təşkilatının rəhbəri,gənc fəal Aygül İsayeva olimpiadanın ilk dəfə belə genişcoğrafiyanı əhatə etdiyini diqqətə çatdırıb. Sualların Azərbaycanməktəblərində dərs deyən müəllimlər tərəfindən hazırlandığı,qaliblərin seçilməsində şəffaflığın təmin olunması üçün isəqiymətləndirmənin başqa məktəblərin müəllimləri tərəfindənkeçirildiyi qeyd edilib.
105 şagirdin iştirak etdiyi olimpiadanın yekun turu iyunun 14-dəAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinintəşkilatçılığı ilə Marneulidəki Azərbaycan Evində baş tutub.
Qaliblərə qiymətli hədiyyələr, digər iştirakçılara sertifikatlartəqdim olunub.