AZ

Müttəfiqləri İranı tək qoydu Üç böyük ölkə İsraillə gizli anlaşmaya gedib?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Orta Şərqdə gərginlik sürətlə artır və İran-İsrail müharibəsi ən kritik məqamına çatıb. Lakin bu mürəkkəb konfliktdə rəsmi Tehran sanki döyüş meydanında tək qalıb. Əsas güclər və İranın regional tərəfdaşları sayılan Çin, Hindistan və Rusiya rəsmi Tehranın yanında açıq dəstək nümayiş etdirməkdən çəkinirlər. Bu isə regionda yeni sualların və qeyri-müəyyənliklərin ortaya çıxmasına səbəb olur.

Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, İranın ABŞ-la apardığı danışıqların əsas mövzusu nüvə proqramı olub və bu məsələ bütün dünya üçün son dərəcə həssas sayılır:

“Çünki nüvə silahlarının yayılmasının qarşısını almaq üçün mövcud olan beynəlxalq razılaşmalar var və bu sənədləri əksər ölkələr tanıyır. ABŞ prezidenti İranla müharibəyə yol açmamaq üçün ona danışıqlar masasında yer verməyə çalışmışdı. Uranın zənginləşdirilməsi məsələsində Tehran vaxtında düzgün qərarlar qəbul etsəydi, bu gün belə hərbi və siyasi təzyiqlərlə üzləşməzdi. Bu, İran rəhbərliyinin buraxdığı ciddi strateji səhvdir.

Digər tərəfdən, İsrail ABŞ-ın Yaxın Şərqdəki əsas strateji müttəfiqidir və Vaşinqton onu bütün təhdidlərdən qorumağı öz üzərinə götürüb. ABŞ prezidenti, yevangelist xristian məzhəbinə malik olan Donald Tramp yəhudi maraqlarının müdafiəsini şəxsi öhdəlik kimi qəbul edir. Bu baxımdan ABŞ-la münasibətləri inkişaf etdirmək istəyən ölkələr İrana görə Vaşinqtonla qarşı-qarşıya gəlmək istəməzlər.

Natiq Miri

İran rəhbərliyinin zaman-zaman verdiyi “İsraili məhv edəcəyik” kimi sərt bəyanatları da hələ unudulmayıb. Bu cür ritorika Çin, Rusiya və Hindistan üçün də narahatedici amildir. Ancaq bu ölkələr proseslə bağlı sadəcə quru bəyanatla çıxış edirlər. Çünki hər bir dövlət öz milli maraqlarını qorumağı prioritet sayır və ABŞ-la açıq qarşıdurmaya getmək istəmir.

Məsələn, Çin Ukrayna müharibəsində Rusiyaya dəstək verdiyinə görə Qərb tərəfindən ittiham olunur. Əgər İrana da açıq yardım göstərsə, bu, Çini birbaşa beynəlxalq hədəfə çevirə bilər.

Hindistanın İsraillə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda, Hindistan silah tədarükündə əsasən Çindən asılıdır. Son Pakistan-Hindistan gərginliyində İsrail açıq şəkildə Hindistanı müdafiə etmişdi. Rusiya isə tarix boyu öz “müttəfiqlərinə” arxa çevirməsi ilə tanınıb. Bu ölkə həmişə milli maraqlarını hər şeydən üstün tutub. Ona görə də İranın bu dövlətlərdən real dəstək gözləməsi qeyri-real görünür”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
globalinfo.az

1Mənbələr