AZ

İsrail İranın raket buraxılış sistemlərinin yarısı məhv etdiyini iddia edib

BAKI,TurkicWorld

İsrail ordusunun iyunun 13-də başladığı genişmiqyaslı hücumlar zamanı İranın ballistik raket buraxılış sistemlərinin yarısını sıradan çıxardığı iddia edilib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail Ordu Radiosu məlumat yayıb.

Bildirilib ki, davam edən hücumlar çərçivəsində İranın ballistik raket buraxılış sistemləri əsas hədəf kimi seçilib və onların təxminən yarısı istifadəyə yararsız hala salınıb.

İsrail 13 iyun tarixində İranın bir neçə şəhərində yerləşən nüvə obyektləri və hərbi rəhbərlik məntəqələrini hədəf alan genişmiqyaslı hücumlara start verib. Saldırılar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı və digər yüksək rütbəli zabitlər, eləcə də 9 nüvə alimi həlak olub. İran hökuməti ümumi mülki itki sayını 224 nəfər kimi açıqlayıb.

İran isə cavab olaraq İsrail ərazisinə ballistik raketlərlə zərbələr endirib. Nəticədə 24 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.

Beynəlxalq ictimaiyyətin reaksiyası da gecikməyib. Türkiyə başda olmaqla bir sıra ölkələr İsrailin hərəkətlərini kəskin şəkildə qınayıb.

Seçilən
4
turkic.world

1Mənbələr