Hazırda Rusiyanın üçdə birində mobil internet yoxdur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hazırda Rusiyanın üçdə birində mobil internet yoxdur.
30 regionda kütləvi fasilələr müşahidə olunur: Tatarıstan, Perm, Yakutiya, Samara vilayəti, Volqoqrad və s.
“Bağlantı qeyri-bərabər şəkildə kəsilir: bəzi yerlərdə internet bütün şəhər boyu, digərlərində isə yalnız müəyyən ərazilərdə kəsilir”, – media yazıb.
Səlahiyyətlilər bildirir ki, tədbirlər regionda qüvvədə olan orta səviyyəli cavab rejimi çərçivəsində həyata keçirilir və PUA və digər təhlükələrdən qorunmağa yönəlib.
Xuraman Etibarlı
İnterpress.az