AZ

Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu

Goranboyda sərxoş halda qohumuna əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun kənlərindən birində baş verib.

Belə ki, həmin kənddə yaşayan S.Məmmədova (şərti) polisə müraciət edərək hadisə barədə məlumat verib.

Məlum olub ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 1990-cı il təvəllüdlü Tural Məmmədov (şərti) sərxoş vəziyyətdə yaşadığı evə gələrək qardaşı arvadına qarşı seksual xarakterli hərəkətlər etməyə çalışıb. Bu zaman gənc qadın evdən küçəyə çıxıb və qayınanasını çağırıb. T.Məmmədov onun arxasınca küçəyə çıxaraq qohumunun ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək əməllərinə davam edib.

Hadisə yerinə gələn polis əməkdaşları T.Məmmədovu saxlayıblar və onun barəsində inzibati protokol tərtib edərək Goranboy Rayon Məhkəməsinə göndəriblər.

Zərərçəkmiş şəxs olan S.Məmmədova evdə qayınanası və qaynı ilə birgə yaşadığını, ərinin qardaşının spirtli içki aludəçisi olduğunu, əvvəllər də dəfələrlə əxlaqsız təkliflər etdiyini bildirib.

T.Məmmədov isə heç nə xatırlamadığını bildirib və təqsiri varsa, peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə T.Məmmədov 15 sutkalıq inzibati həbs edilib.

Aslan Vəliyev

Seçilən
13
7
qafqazinfo.az

8Mənbələr