AZ

"Sevilya" ona tapşırıldı

"Sevilya" klubunun yeni baş məşqçisi argentinalı mütəxəssis Matis Almeyda olub.

Publika.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı çalışdırıcı ilə imzalanan müqavilə 2027-ci ilin yayına kimi qüvvədə olacaq. O, bu postda cari ilin aprelindən etibarən komandaya rəhbərlik edən Xoakın Kaparrosu əvəz edib.

Almeyda məşqçilik karyerası ərzində "River Pleyt", "Banfild", Meksika "Quadalaxara"sı, MLS təmsilçisi "San Xose" və son olaraq Yunanıstanın AEK klubunu çalışdırıb. AEK-də keçirdiyi ilk mövsümdə "qızıl dubl"a imza atmış və may ayında komandadan ayrılmışdı.

Seçilən
123
publika.az

1Mənbələr