AZ

"Sabah"ın Avropa Liqasındakı rəqibi bilindi

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "Sabah"ın ilk rəqibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, qitə turnirinə I təsnifat mərhələsindən başlayacaq Bakı klubu startda Sloveniya təmsilçisi ilə qarşılaşacaq. 

İsveçrənin Nyon şəhərində baş tutan püşkdə "bayquşlar"ın bəxtinə "Selye" düşüb. 

Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə iyulun 17-də səfərdə keçirəcək.

Seçilən
3
fanat.az

1Mənbələr