AZ

Si Cinpin: Çin İsrailin İrana hücumundan dərin narahatdır

Çin Prezidenti Si Cinpin İsrailin İrana qarşı hərbi əməliyyatlarından narahat olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.

Məlumata görə, Si Cinpin Qazaxıstanda Özbəkistan Зrezidenti ilə görüşü zamanı bildirib:

"İsrailin İrana qarşı hərbi əməliyyata başlaması Yaxın Şərqdə gərginliyin qəfil artmasına səbəb olub. Çin bu vəziyyətdən dərin narahatlıq keçirir."

O həmçinin vurğulayıb: "Biz digər ölkələrin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zidd olan hər hansı hərəkətə qarşıyıq."

Seçilən
3
teleqraf.com

1Mənbələr