AZ

"Sabah"ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi

"Sabah" klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi məlum olub.

Publika.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində müəyyənləşib.

"Bayquşlar" "Sele" (Sloveniya) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bakı təmsilçisi ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Xatırladaq ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçilərinin - "Qarabağ" "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri sabah müəyyənləşəcək.

Seçilən
10
1
publika.az

2Mənbələr