AZ

İki dəqiqədə stresdən necə qurtulmaq olar?

Stresli vəziyyətlərdə gərginlik normal haldır, lakin bundan cəmi iki dəqiqəyə qurtulmaq mümkündür.

Ölkə.az xəbər verir ki, psixiatr Alehandro Martinez "20minutos" nəşrinə müsahibəsində bu məqsədlə istifadə oluna biləcək sadə bir üsulu açıqlayıb.

Onun sözlərinə görə, bu texnikanı istənilən yerdə tətbiq etmək olar: “Bu üsul nəfəs alma, hərəkət və toxunmanı birləşdirdiyi üçün beynə sakitləşdirici təsir göstərir".

Rahatlamaq üçün həkim belə bir məşq təklif edib: "Bir əlin barmağını digər əlin baş barmağının dibinə yerləşdirin. Daha sonra beş dağ üzərində hərəkət edən bir avtomobili təsəvvür edin və barmağınızı digər barmaqların dibinə doğru hərəkət etdirin.

Hər barmağın yuxarı hissəsinə çatarkən burundan iki saniyə ərzində nəfəs alın, aşağı düşərkən isə burunla dörd saniyəyə nəfəs verin. Bu prosesin beş barmaq boyunca təkrarlanması rahatlamağa kömək edəcək".

Həmidə İbrahimova

Seçilən
6
2
olke.az

3Mənbələr