AZ

TƏBİB: Azərbaycanda ilkin tibbi-sanitariya yardımına ildə adambaşına müraciət sayı digər ölkələrə nisbətdə 10 dəfə aşağıdır

Azərbaycanda ilkin tibbi-sanitariya yardımına ildə adambaşına müraciət sayı digər ölkələrin müvafiq göstəricilərindən təxminən 10 dəfə aşağıdır.

Bunu “Report”a müsahibəsində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, bu ilin əvvəlində ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və yeni modelin hazırlanması istiqamətində TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iştirakı ilə Milli Məclisin Səhiyyə Komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib:

“Layihənin məqsədi əhalini ehtiyaclarına uyğun keyfiyyətli ilkin tibbi-sanitariya yardımı ilə təmin etməkdir”.

V.Qurbanov əlavə edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihəyə başlayıb:

“Pilot layihənin tətbiqi ilə biz ona nail olmalıyıq ki, vətəndaşlar yalnız xəstələndikdən sonra tibbi yardım almağa çalışmasınlar, onlar həm də profilaktikaya üstünlük versinlər. Çünki bu xidmət əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaqla yanaşı, ümumi iqtisadi məhsuldarlığın artmasına da təkan verir. Azərbaycanda bu gün ilkin səhiyyə xidmətinə müraciət saylarına baxsaq, görərik ki, ilkin tibbi-sanitariya yardımına ildə adambaşına müraciət sayı digər ölkələrin müvafiq göstəricilərindən təxminən 10 dəfə aşağıdır. Ölkə üzrə ilkin-tibbi sanitariya yardımının optimallaşdırılması və yenidən təşkili istiqamətində görüləcək işlər gələcəkdə daha yaxşı nəticələrə gətirib çıxaracaq”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Seçilən
0
report.az

1Mənbələr