Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirəcək.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.
“Anti-Rusiya sanksiyaları çərçivəsində 10 yeni mövqe və 20 yeni gəmi təyinatı əlavə edilib”, - sənəddə deyilir.
Həmçinin qeyd olunur ki, Britaniya Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsinə qarşı sanksiyalar tətbiq edib.