BAKI, 17 iyun. TELEQRAF
22 il öncə azyaşlıya qarşı zorakılıq edərək onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Dadaşovanın cinayət işi üzrə məhkəməsi başlayıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsmayıl Quliyevin vəkili məhkəməyə vəsatət verib.
Vəkil işin prokurorluğa qaytarılmasını və təqsirləndirilən hər iki şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini məhkəmədən xahiş edib.
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib. Cinayət işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə baxışı iyunun 22-ə təyin edilib.
İttihama görə, qətlə yetirilən qız təqsirləndirilən Alidə Dadaşovanın qızı olub. Digər təqsirləndirilən İsmayıl Quliyev isə Alidənin qızına təcavüz, digər seksual xarakterli hərəkətlər edib.
Alidə Dadaşovaya isə verilən rəsmi ittihama görə, İsmayıl Quliyev tərəfindən təcavüz olunan qızını öldürüb.
Bu cinayətin üstü 22 il sonra cinayətin üstü açılıb.
Qətlə yetirilən azyaşlını atası isə həmin dövrdə həbsxanada olub.
Təqsirləndirilən şəxslərin barəsində ümumilikdə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə),120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə),120.2.9 (təcavüzkarın zorlama və ya seksual xarakterli digər hərəkətlərini gizlətmək məqsədi ilə adam öldürmə),29,120.2.1 ((qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd),29,120.2.9 (təcavüzkarın zorlama və ya seksual xarakterli digər hərəkətlərini gizlətmək məqsədi ilə adam öldürməyə cəhd) və 150.3.3-cü(seksual xarakterli hərəkətlər - təqsirkar üçün aşkar köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.