AZ

Avropa Parlamentində İsrailin İrana hücumuna qarşı qərar qəbul olunmayıb

BAKI, TurkicWorld

Avropa Parlamenti İsrailin İrana hücumunu pisləməkdən imtina edib.

TurkicWorld xəbər verir ki, Belçikalı Avropa Parlamentinin üzvü Mark Botenqa Sol Qrup adından Avropa Parlamentinin Baş Assambleyasına İsrailin İrana qeyri-qanuni hücumunu pisləyən qətnamə təklif etsə də, əsas partiyaların buna qarşı çıxması nəticəsində səsvermə keçirilməyib.

“Rusiya Ukraynaya qanunsuz hücum edəndə onu qınayırlar, amma İsrail İrana qeyri-qanuni hücum etdikdə Avropa Parlamenti bunu pisləməkdən imtina edir.” - deyə Botenqa çıxışında vurğulayıb. O əlavə edib ki, İsrailin son hücumları mülki insanlara, o cümlədən uşaqlara zərər vurub, nüvə obyektləri isə qəsdən hədəfə alınıb.

“Biz bu məsələ ilə bağlı AP-də səsvermənin keçirilməsini istədik, çünki heç bir dövlət başqa ölkəyə hücum edə bilməz. İsrail bunu tez-tez edir, lakin bu, qanunsuz və cinayət xarakterlidir.”- deyə o vurğulayıb.

Botenqa həmçinin AB-nin Rusiyanı tənqid etdiyi kimi İsraili də qınamasını tələb edib və AB Komissiyasının sədri Ursula von der Leyenin İsrailin özünümüdafiə hüququnu müdafiə etməsini sərt şəkildə tənqid edib:.

O, Tehranla bağlı vəziyyətin “Qəzzaya çevrilməməsi” üçün Avropa Parlamentinin qətnamə qəbul etməsinin vacibliyini vurğulayıb və “Beynəlxalq hüquqa zidd olan cinayətləri pisləmədən insan haqlarının müdafiəsi mümkün deyil.” - deyə qeyd edib.

İclasdan sonra sosial şəbəkələrdə açıqlama verən Botenqa, əsas partiyaların İsrailin İrana hücumunu pisləyən təklifi müzakirəyə belə qoymadığını bildirib.

Seçilən
5
turkic.world

1Mənbələr