Türkiyə Super Liqasına yüksələn "Kocaelispor" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, son olaraq ölkəsində "Dinamo Zaqreb" klubunda çıxış edən Bruno Petkoviçlə razılaşma əldə edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 30 yaşlı forvard tibbi yoxlanışdan keçmək üçün cümə günü Kocaeliyə yollanacaq.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü başa çatan mövsümdə komandasının heyətində çıxış etdiyi 26 rəsmi matçda 6 qol, 4 assistlə yadda qalıb.
“Barselona” Uilyamsla anlaşıb
Fatih Terim Səudiyyə Ərəbistanı klubundan ayrılmaq istəyir
"Barselona"nın futbolçusu "Bavariya"dan imtina etdi
“Tottenhem”in futbolçusu İsraildə qalıb
Sanço İtaliya nəhənginin hədəfində