Son illərdə “sağlam həyat tərzi” anlayışı cəmiyyətin gündəmində getdikcə daha çox yer tutur. İnsanlar qidalanmadan tutmuş yuxu rejiminə, idmana qədər bir çox sahədə sağlam seçimlər etməyə çalışırlar. Lakin bu cür yaşam tərzi ilə bağlı yayılan ən çox rast gəlinən fikirlərdən biri də budur: “sağlam yaşamaq bahalıdır.”
Sosial mediada yayılmış superfoodlar, lüks idman zalları, xüsusi dietik məhsullar və fərdi məşqçi ilə məşqlər bu təsəvvürü daha da gücləndirir. Bəs bu, doğrudanmı belədir? Sağlam həyat tərzi sadəcə imkanlı təbəqə üçün əlçatandır, yoxsa əslində sadə seçimlərlə də sağlam qalmaq mümkündür?
Valyuta.az xəbər verir ki, bəzi hallarda “sağlam həyat tərzi” həqiqətən baha ola bilər.
1. Organik və keyfiyyətli qidalar bahadır. Orqanik tərəvəzlər, hormonsuz ətlər, şəkərsiz məhsullar adi qidalardan 2–3 dəfə baha ola bilər. Hazır salatlar, dietik məhsullar (müsli, avokado, badam südü və.s) ən bahalı qidalar hesab edilir.
2. Fitness zalı və bahalı, tanınmış məşqçi. Bakıda məşq zalları 80-300 manat arası dəyişir. Tanınmış məşqçilərlə isə bu hər dərs üçün 50-100 manat artır.
3. Psixoloq və sağlamlıq konsultasiyaları. Zehni və emosional sağlamlıq da həyat tərzinin bir hissəsidir və bu xidmətlər də bəzən baha başa gəlir.
4. Əlavə aktivitələr. Yoga, meditasiya, mikroadventurlar və başqa yeni yaranmış bu cür aktivitələr də sağlamlıq üçün faydalıdır.
Amma bəzi araşdırmalar gösdərir ki, daha az maliyyətli qidalanmaqla, parklarda hər kəsin isdifadəsi üçün nəzərdə tutulmuş pulsuz idman alətləri ilə və ya zərərli vərdişlərdən uzaq qalmaqla da sağlam həyat tərzi sürdürmərk mümkündür. Sağlam həyat tərzi bəzən bahalı seçimlərlə assosiasiya olunur, amma əsas məsələ niyyət, planlama və balansdır. Əsas prinsip: “Az, amma keyfiyyətli; bahalı yox, faydalı.”