"Tibb işçiləri çox zaman fiziki gücdən və emosional enerjidən istifadə edir, amma buna uyğun sosial və maddi təminat, cəmiyyət tərəfindən göstərilən anlayış və empatiya bəzən yetərli olmur".
"Medicina"xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininicraçı direktoru Vüqar Qurbanov "Report"a müsahibəsində bildirib:
"Bu da zamanla tükənmişlik sindromuna, peşəkar motivasiyanın azalmasına və bəzi hallarda hətta səhvlərə də yol aça bilir. TƏBİB olaraq bu çağırışları yalnız bir-birinə bağlı epizodik çətinliklər kimi deyil, sistemli və uzunmüddətli həll tələb edən kompleks məsələ kimi qiymətləndiririk.
Tibb işçisinin psixoloji təhlükəsizliyi, peşəkar inkişaf imkanları, etik dəstəyi və sosial statusu bizim üçün prioritet istiqamətlərdəndir".