AZ

Aİ də Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa Parlamentində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı etimadsızlıq votumu təşəbbüsü ilə bağlı imzatoplama kampaniyasına start verilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Rumıniyanın müxalifət partiyası olan "Rumınların Birləşməsi Alyansı"nın lideri Corce Simion özünün "X" sosial şəbəkə hesabında yayıb.

"Ursula fon der Lyayenə qarşı etimadsızlıq votumu üçün imza toplamağa başladıq. Necə düşünürsünüz, Avropa Parlamentinin hansı deputatları bu təşəbbüsü dəstəkləyəcək?", - deyə Simion paylaşımında qeyd edib.

O, bu məqsədə nail olmaq üçün Avropa Parlamentində təmsil olunan bütün 720 deputatla işləmək niyyətində olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
oxu.az

2Mənbələr