AZ

Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi - YENİLƏNİB

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçusu Elcan Hacıyev yarımfinala vəsiqə qazanıb.
 
Moderator.az xəbər verir ki, 23 yaşlı idmançı 1/4 finalda çexiyalı Adam Kopeçkiyə ipponla qalib gəlib.
 
Hacıyev finala gedən yolda yaponiyalı dordqat dünya çempionu Qoki Tadzima ilə qarşılaşacaq.
 
16:52
 
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında bu gün Azərbaycanın 2 cüdoçusu mübarizəyə qoşulub.
 
Moderator.az xəbər verir ki, bunlardan biri 90 kq çəki dərəcəsində yer alan yeniyetmələr arasında olimpiya çempionu Vüqar Talıbov olub.
 
O, 1/32 final mərhələsinə təsadüf edən ilk görüşündə gürcüstanlı Luka Maisuradze ilə üz-üzə gəlib. Qarşılaşma Maisuradzenin qələbəsi ilə yekunlaşıb. Bununla da Talıbov çıxışını erkən başa vurub.
 
Azərbaycanın daha bir cüdoçusu - 2024-cü ilin Avropa çempionu Elcan Hacıyev isə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. 23 yaşlı idmançı əvvəlcə özbəkistanlı Nurbek Murtozoyevi üstələyib. Növbəti mərhələdə o, Çin Taypeyindən olan Penq-Yu Çen ilə üz-üzə gəlib.
 
Rəqibini ipponla məğlub edən Hacıyev 1/4 finala yüksəlib. Onun rəqibi çexiyalı Adam Kopeçki olacaq.
Seçilən
14
4
moderator.az

5Mənbələr