ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
PKK-nın İran qanadı kimi tanınan PJAK lideri Hüseyn Yazdan Banah Ərbildə İsrailin İrana qarşı mümkün hücumlarını dəstəklədiklərini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Yəzdan Banah "İrana qarşı hücumda iştirak etməyə hazırıq. Bölgədə sabitlik yaratmaq üçün lazım olanı edəcəyik", - deyib.
PJAK son bir il ərzində özlərini gözdən keçirdiklərini və yeni bir restrukturizasiya prosesinə girdiklərini bildirib.
Partiyanın bəyanatında bu ifadələr yer alıb:
"Kürd kimliyimizdən və haqlarımızdan heç vaxt imtina etməyəcəyik. Mübarizəmizi davam etdirəcək və əlimizdən gələni edəcəyik". Bəyanatda, həmçinin vurğulanıb ki, PJAK bütün şərtlərə uyğunlaşmaq gücünə, potensialına malikdir və aktiv münaqişələrdə iştirak etməyə hazırdır. Türkiyəyə də mesaj verən təşkilat "Türkiyə dövləti əvvəlcə öz problemlərini həll etməlidir", - deyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.